“Saat 8-ə qalmış danışmışdıq, demişdim ki..." - FOTO

26 Dekabr 2024 10:02

Aktauda baş verən qəza zamanı təyyarədə olan sərnişinlər arasında Ağdaşın Ərəb kəndindən olan 24 yaşlı Həbib İsmayılov da var.

Ailəsi və yaxınları Həbib İsmayılovdan heç bir xəbər tuta bilmir.

H.İsmayılovun anası Xalidə Məmmədova bildirib ki, sonuncu dəfə oğlu ilə təyyarəyə minəndə danışıb:

"Saat 8-ə qalmış danışmışdıq. Demişdim ki, çatan kimi mənə xəbər et ki, ana, sağ-salamatam. Dostları çağırırdı ki, gəl, iş var, işləyək". /Baku TV

Milli.Az