Quterreş Azərbaycana başsağlığı verdi

26 Dekabr 2024 09:07

BMT-nin Baş Katibi Antonio Quterreş Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Milli.Az xəbər verir ki, bu barədə katibin sözçüsü bəyanat yayıb.

"Baş katib, Qazaxıstanın qərbində baş vermiş və Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Rusiya Federasiyasının vətəndaşları da daxil olmaqla, çoxlu sayda insanın həlak olmasına səbəb olmuş təyyarə qəzası xəbərindən dərin kədər hissi keçirir.

O, həlak olanların ailələrinə səmimi başsağlığı verir və hadisədən təsirlənmiş ölkələrlə həmrəyliyini ifadə edir. Baş katib, həmçinin bu faciəvi hadisədə yaralananların tez bir zamanda tam sağalmasını diləyir,"- bəyanatda bildirilir. /APA 

Milli.Az