"Fənərbağça" yayda aldığı futbolçunu göndərmək istəyir

26 Dekabr 2024 09:10

"Fənərbağça" mövsümün əvvəlində "Əl-Əhli"dən icarəyə götürdüyü Allan-Sen Maksimeni vaxtından əvvəl komandadan göndərə bilər.

Milli.Az xəbər verir ki, İstanbul təmsilçisinin məşqçilər korpusu fransalı vingerin performansından məmnun deyil. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

"Fənərbağça" Sen Maksimeni yanvar ayında komandadan göndərməyi planlaşdırır. Artıq bununla bağlı futbolçunun müqavilə ilə məxsus olduğu Səudiyyə Ərəbistanı klubu ilə danışıqlar başlayıb.

Qeyd edək ki, "Fənərbağça" Allan-Sen Maksimeni bu ilin iyul ayında "Əl-Əhli"dən bir mövsümlük icartəyə götürüb. 27 yaşlı ön xətt oyunçusu Türkiyə klubunun heyətində meydana çıxdığı 22 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.\sportal

Milli.Az