FHN-nin həkim və xilasedicilərindən ibarət qrupu Aktaudadır - FOTO

26 Dekabr 2024 08:23

"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus "BE-200 ÇS" amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, qarşıda qoyulmuş tapşırıqlara uyğun olaraq, Nazirliyin psixoloqları tərəfindən zərərçəkmişlərə təcili psixoloji yardım göstərilir, habelə həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirilir. Həmçinin, qəza baş vermiş ərazidə Nazirliyin xilasediciləri tərəfindən müvafiq tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Milli.Az