Qoşqarın da qəzada öldüyü təsdiqləndi

26 Dekabr 2024 11:53

AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlardan biri Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovdur.

Onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyənləşib.

Q.Sadıqov Qroznıda fəhlə kimi çalışırmış.

Ailədə bir qardaş və bir bacı olublar, subaymış.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. /Report

--------------

2024.12.26

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarədəki sərnişinlərdən birinin Cəlilabad rayon sakini olduğu məlum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, o, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovdur.

Q.Sadıqov rayonun Mirzəli kənd sakinidir. O, Qroznıda fəhlə kimi çalışırmış.

Onun yaralanması və ya həlak olması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.

Milli.Az