Cənazələr və xəsarət alanlar Bakıya gətiriləcək - Rəsmi

25 Dekabr 2024 23:08

Azərbaycan Hava Yolları"nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək. 

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin və "Azərbaycan Hava Yolları" QSC-nin birgə məlumatında bildirilib.

Eyni zamanda, xəsarət alanların AZAL-ın xüsusi reysi ilə ölkəyə gətirilməsi planlaşdırılır. Xəsarət almış sərnişinlər həkim rəyləri əsasında sağlamlıq vəziyyəti imkan verdiyi halda sözügedən reyslə Bakıya çatdırılacaqlar.

Bununla bağlı Azərbaycanın və Qazaxıstanın aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür.

Milli.Az