Qəzada həlak olan 20 yaşlı tələbə Mahmudun FOTOsu

25 Dekabr 2024 23:02

Bu günki təyyarə qəzası zamanı təyyarədə olanlardan biri də əslən Balakən rayonundan olan, lakin Sumqayıt şəhərində ailəsiylə birgə kirayə yaşayan Mahmud Tutunçuyevin həlak olması barədə məlumat təsdiqlənib.

Milli.Az xəbər verir ki, 20 yaşlı Mahmud Tutunçuyev Bakı Avrasiya Universitetinin tələbəsi olub.

O, evin tək övladı idi. (APA)

Milli.Az