“Zəng edib dedilər ki, başınız sağolsun!” - Hökümənin atası - VİDEO

25 Dekabr 2024 22:18

Xəbər verdiyimiz kimi, bu gün Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 5 ekipaj üzvü olub. 

Milli.Az-ın məlumatına görə, onlardan biri də qəzadan əvvəl sərnişinləri sakitləşdirməyə çalışan stüardessa - 1991-ci il təvəllüdlü Hökumə Əliyevadır.

O, BDU-nun Hüquq fakültəsinin magistratura pilləsini bitirib, ailəlidir, övladı yoxdur. O, 2016-cı ildən stüardessa kimi çalışır.

Hökumənin adı sağ qalanlar arasında qeydə alınmayıb. 

Qeyd edək ki, təyyarənin qəza enişi etməsindən bir neçə dəqiqə öncə videogörüntüləri yayılıb. 33 yaşlı Hökümə Əliyeva həmin görüntülərdə son ana qədər sərnişinlərə təlimat verən, onları təmkinli olmağa səsləyən həmin ekipaj üzvüdür. Onun "Hər şey yaxşı olacaq" dediyi video sosial mediada geniş müzakirə olunur. "Unikal"

Milli.Az