Rumen Radev Azərbaycana başsağlığı verib

25 Dekabr 2024 21:51

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Milli.Az-ın məlumatına görə, bu barədə Rumen Radev "X" sosial şəbəkəsində paylaşım edib.

"Bolqarıstan Qazaxıstanda Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərin itkisini dərin kədər hissi ilə qarşılayır. Bu faciəvi hadisədə həlak olanların ailələrinə səmimi başsağlığı verir, yaralananlara isə tezliklə şəfa tapmalarını diləyirəm", - deyə o qeyd edib.

Milli.Az