İmişlidə yanğın olub - Ölən və xəsarət alan var - YENİLƏNİB

25 Dekabr 2024 20:32

İmişli rayonunda istixanada baş verən yanğınla bağlı TƏBİB açıqlama verib.

25 dekabr saat 16:20-də İmişli rayonu ərazisində baş verən yanğın hadisəsi nəticəsində 1971-ci il təvəllüdlü şəxs (kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona aşağı, yuxarı ətrafların üz nahiyəsinin 2-ci, 3-cü dərəcəli termiki yanığı diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib.

Hazırda həmin şöbədə müalicəsi davam etdirilən şəxsin vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü şəxsin (kişi cinsli) hadisə yerində ölüm faktı qeyə alınıb.

------

18:37

İmişlidə istixanada yanğın baş verib.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Yanğında bir nəfər ölüb.

İmişli rayonunun ərazisində, Araz çayının sahilində yerləşən istixanada baş vermis yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Milli.Az