Bu istiqamətdə uçuşlar dayandırılır

25 Dekabr 2024 18:20

İstintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır. Digər istiqamətlərdə uçuşlar ştat rejimində cədvələ uyğun həyata keçirilir.

Bu barədə Milli.Az-a AZAL-dan bildirilib.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza səbəbilə dekabrın 26-sı Azərbaycanda matəm elan olunub. 

Milli.Az