Təyyarə qəzası zamanı zərərçəkən ailələrə psixoloji dəstək qrupu yaradılıb

25 Dekabr 2024 17:28

Bakı-Qroznı reysi üzrə uçan təyyarnin qəzaya uğraması nəticəsində zərərçəkən ailələrə dəstək məqsədi ilə psixoloqlardan ibarət qrup yaradılıb.

Qrup üzvləri Bakıda hava limanında fəaliyyət göstərir, heyətin bir neçə üzvü isə Aktauya uçub.

Bununla yanaşı, təcili tibbi yardım briqadası hava limanında hazır vəziyyətə gətirilib.

Eyni zamanda, "Regional İnkişaf" İctimai Birliyinin könüllülərindən ibarət dəstək qrupu formalalaşdırılıb.

Milli.Az