Paşinyanın koronavirus testi yenidən müsbət çıxdı

25 Dekabr 2024 17:30

Ermənistanın baş naziri Nikol Paşinyan daha bir koronavirus testinin müsbət çıxdığını bildirib.

Milli.Az xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkədə yazıb.

"Covid testi yenidən müsbət çıxıb. Sağalana qədər müəyyən məhdudiyyətlərlə işləyəcəyəm".

Qeyd edək ki, dekabrın 25-də Ermənistanın baş naziri Nikol Paşinyan ona diaqnoz qoyulan koronavirusa görə Sankt-Peterburqda keçiriləcək MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcəyini açıqlayıb və onun Aİİ sammitində iştirakı ilə bağlı hələlik qərar yoxdur.

Nərmin
Milli.Az