08:00
Qəzaya uğrayan təyyarənin sərnişini Zaur Məmmədovun öncə uçuşuna icazə verilməyib.
Milli.Az xəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.
Qəzadan sağ qurtulan sərnişin Zaur Məmmədovun sözlərinə görə, qeydiyyatdan, gömrük nəzarətindən keçməsinə baxmayaraq, aviaşirkətin nümayəndələri qadağanı əsas gətirərək onu təyyarəyə buraxmaq istəməyib.
Bildirilir ki, təyyarəyə buraxılmayan sərnişin daha sonra terminala qayıdıb və uçuşuna icazə verilib.
Qeyd olunur ki, Zaur Bakıya atasının dəfni üçün gəlibmiş. O, qəza zamanı ayağından və üzündən xəsarət alıb.
--------
15:44
Sağ qalan ruslardan biri atasının dəfnindən qayıdırmış.
Milli.Az xəbər verir ki, SHOT-un məlumatına görə, 36 yaşlı Zaur Məmmədov 3 gün əvvəl Bakıda yaşayan atasını dəfn etməyə gəlib.
Həmin şəxs Bakıdan Rusiyaya qayıdırmış və təyyarə qəzasına düşüb.
Zaur sağ qalıb və hazırda Qazaxıstan xəstəxanasındadır.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Nərmin
Milli.Az