Bakıda evdə yanğın olub.
Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində fərdi evdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Milli.Az