Ərdoğan qəza ilə bağlı başsağlığı verdi

25 Dekabr 2024 13:33

Bu gün səhər saatlarında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması xəbərini böyük kədərlə öyrəndik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.

"Hər iki qardaş ölkəyə xalqımız adından başsağlığı və keçmiş olsun diləklərimizi çatdırırıq", - deyə R.T.Ərdoğan bildirib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Milli.Az