Faciə ilə bağlı Azərbaycana kömək etməyə hazırıq - ABŞ səfirliyi

25 Dekabr 2024 13:35

ABŞ-nin Azərbaycandakı səfirliyi Qazaxıstanda baş verən təyyarı qıəzası ilə bağlı başsağlığı verib.

Milli.Az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

"ABŞ səfirliyi bu gün Qazaxıstanda baş verən hava qəzasının qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz bu faciə ilə bağlı Azərbaycana kömək etməyə hazırıq".

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Milli.Az