Prezidentin tapşırığı əsasında qəza ilə bağlı dövlət komissiyası yaradıldı

25 Dekabr 2024 12:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılıb.

Milli.Az xəbər verir ki, komissiya aşağıdakı tərkibdədir:

Sədr - Əli Əsədov, Azərbaycan Respublikasının Baş naziri

Üzvlər:

Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini

Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Samir Rzayev - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri

Kamran Əliyev - Azərbaycan Respublikasının baş prokuroru

Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri

Əli Nağıyev - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri

Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Arif Məmmədov - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.

Milli.Az