Tokayev qəzasının araşdırılması ilə bağlı tapşırıq verdi

25 Dekabr 2024 12:46

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kabıdan Qroznıya uçan təyyarənin Aktauda qəzaya uğramasının araşdırılması üçün komissiyanın yaradılması barədə tapşırıq verib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə Qazaxıstan KİV məlumat yayıb.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Milli.Az