Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 28 nəfər xəstəxanaya yerləşdirilib.
Milli.Az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib.
Təyyarədə ümumilikdə 67 nəfər, o cümlədən, 5 ekipaj üzvü olub. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. İlkin məlumata əsasən, 28 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb.
Xəsarət alanlardan 3-ü uşaqdır.
Ümumilikdə qəza yerinə 150 nəfər şəxsi heyət, 45 texnika, Fövqəladə Hallar Departamenti, Müstəqil Dövlət Yanğınsöndürmə Xidməti və Yol Polisinin qüvvələri cəlb edilib. Sərnişin siyahıları dəqiqləşdirilir", - deyə qurumun məlumatında qeyd olunub.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
xxx
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, Aktauda qəzaya uğrayan təyyarədə 14 nəfər sağ qalıb.
Məlumata görə, 14 yaralı Manqistau regional xəstəxanasına çatdırılıb, onlardan 5-i ağır vəziyyətdədir. /APA
xxx
Bakıdan Qroznıya uçan təyyarənin Aktauda qəzaya uğramasından sonra azı 6 nəfər sağ qalıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova deyib.
Milli.Az