"Bu il 11 ali təhsil müəssisəsində akreditasiya həyata keçirilib".
Milli.Az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün təşkil edilmiş brifinqində deyib.
O bildirib ki, akreditasiyadan keçən universitetlər Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Biznes Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Qərbi Kaspi Univeristeti, Bakı Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan İdman Akademiyası, Naxçıvan Dövlət Univeristetidir".
Qeyd edilib ki, akreditasiyadan keçmiş univeristetlərdən üçü təkrar akreditasiyadan keçib.
Milli.Az