Bakıda Ukrayna vətəndaşının meyiti tapıldı

25 Dekabr 2024 10:48

Bakıda 62 yaşlı Ukrayna vətəndaşının meyiti tapılıb.

Milli.Az bildirir ki, ötən gün Qaradağ rayonu, Ələt qəsəbəsi, Kotal kəndində 1962-ci il təvəllüdlü Ukrayna vətəndaşı Oleksiinin Yuzvanın meyiti aşkarlanıb.

Meyitə baxış zamanı hər hansı bir xəsarət aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır. /Report

Milli.Az