Paylaşdığı videolara görə saxlanıldı

25 Dekabr 2024 12:21

Şəkidə cinayətkarlığı təbliğ edən şəxsin avtomat gizlətməsi məlum olub.

Milli.Az DİN-in Mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, Şəki ŞRPŞ-nin keçirdiyi tədbirlərlə əvvəllər də məhkum olunmuş 35 yaşlı Rafiq Əhmədov saxlanılıb.

Ondan "Kalaşnikov" markalı avtomat, daraq və patronlar götürülüb. R.Əhmədov odlu silahı rayon ərazisindən tapdığını və polisə təhvil verməyərək müxtəlif yerlərdə gizlətdiyini bildirib.

Araşdırmalarla həmin şəxsin sosial şəbəkə hesablarında cinayətkarlığı təbliğ edən videogörüntülər paylaşdığı da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, Rafiq Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Milli.Az