"Fənərbağça" klubu Joze Mourinyo ilə bağlı qərarını açıqlayıb.
Milli.Az xəbər verir ki, Türkiyənin Fənərbağça klubu portuqaliyalı baş məşqçi ilə yollarına davam etmək qərarına gəlib.
Klubun prezidenti Ali Koç hazırkı şəraitdə Joze Mourinyodan daha yaxşı baş məşqçi tapa bilməyəcəklərini vurğulayaraq, onunla işbirliyini davam etdirmək niyyətində olduqlarını bildirib.
Qeyd edək ki, Joze Mourinyo "Fənərbağça"nın baş məşqçisi kimi 26 oyunda komandaya rəhbərlik edib. Bu oyunlardan 15-i qələbə ilə, 6-sı isə heç-heçə ilə başa çatıb.
Fidan
Milli.Az