Dünən İsrailin ürəyini raketlərlə vuran Yəməndə İranın dəstəklədiyi husilər gecə yarısı yenidən cavab zərbəsi endirib.
Milli.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri bildirib.
Təl-Əvivdəki bu hücum Husilərin bir həftə ərzində İsrailə beşinci raket hücumu olaraq qeydə alınıb.
İsrail Müdafiə Qüvvələri husilərin atdığı raket səbəbiylə milyonlarla israillinin ehtiyat tədbiri olaraq sığınacaqlara göndərildiyini açıqlayıb.
Qeyd edək ki, İsrail ordusu sonuncu dəfə husilərin dünən atdığı raket səbəbilə ölkənin mərkəzi və cənub bölgələrində sirenlərin çalındığını açıqlayıb və raketin müvəffəqiyyətlə zərərsizləşdirildiyi bildirilib. Ötən şənbə günü Yəməndən atılan ballistik raketin Təl-Əvivə düşməsi nəticəsində 18 nəfər yaralanıb. İsrail ordusu husilərin atdığı raketi ələ keçirmək cəhdlərinin uğursuz olduğunu bildirib.
Nərmin
Milli.Az