Torpaqlarımızı işğaldan azad edən, doğma yurdumuzda yaşamaq şəraitini yaradan Prezidentimizə təşəkkür edirik.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Cəbrayıl sakini Fərzəliyeva Zərifə deyib.
Onun sözlərinə görə, ilk növbədə yaxınlarının məzarlarını ziyarət etmək istəyir.
"Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Milli.Az