Ronaldodan qarlı havada çılğınlıq - VİDEO

25 Dekabr 2024 07:49

Kristiano Ronaldo ailəsini Laplandiyaya apararaq bayram əhval-ruhiyyəsinə qapılıb.

Milli.Az xəbər verir ki, 39 yaşlı portuqaliyalı futbolçu, qış fasiləsini dəyərləndirərək həyat yoldaşı və uşaqlarını inanılmaz bir səyahətə aparıb.

Ronaldo öz sosial media hesabında 645 milyon izləyicisinə bayram təbriki göndərib. Qar mənzərəsi fonunda çəkilmiş, üst geyimsiz və əzələlərini nümayiş etdirdiyi şəkli paylaşaraq, "Hamınıza Milad bayramınız mübarək!" şərhini yazıb.

Həyat yoldaşı Georgina Rodriqez də səfərlə bağlı bir neçə şəkil və qısa video yayımlayıb.

Cütlüyün uşaqları Kristianu Junior (14 yaş), Alana Martina (8 yaş), Eva Maria (7 yaş), Mateo (7 yaş) və Bella (2 yaş) da bu tətili çox sevdikləri görünür.

Rodriqez, xizək sürərkən çəkilmiş bir fotosunu da paylaşaraq təcrübəsini izləyiciləri ilə bölüşüb. Ronaldo isə çətinlikdən heç vaxt qaçmayan birisi kimi, buzlu havada suya girməkdən də çəkinməyib. Bu anlar səyahət zamanı ən diqqətçəkən məqamlardan biri olub.

Lalə Qüdrətova
Milli.Az