Qurban təpəsinə çıxıb Cəbrayılımı seyr etmək istəyirəm - Cəbrayıl sakini

25 Dekabr 2024 07:36

Cəbrayılı qarış-qarış gəzmək, Qurban təpəsinə çıxıb, doğma yurdu seyr etmək istəyirəm.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Cəbrayıl sakini Misirxanov Elçin deyib.

Onun sözlərinə görə, 14 yaşında tərk etdiyi Cəbrayıla qayıtdığı üçün çox sevinclidir.

"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Biz onların sayəsində doğma yurdumuzda yenidən yaşayacağıq", - deyə o bildirib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

Milli.Az