Görünür, Nikola Tesla zamanda səyahətə çox düşkün idi. O, zaman maşını layihəsi üzərində işləyirdi.
Bəlkə də bir dəfə dediyi üçün uğur qazanmışdı;
"Mən keçmişi, bu günü və gələcəyi eyni anda gördüm. Yaratdığım süni maqnit sahəsinin içində olarkən zaman və məkana tamamilə fərqli bir pəncərə tapdım", - deyə o bildirir.
İnsanın zamanda səyahət edə bilməsi fikri bütün dünyada milyonlarla insanın xəyal etdiyi və düşündüyü bir şeydir. Geriyə baxdığımız an zaman səyahətinin sübutu kimi şərh edilə bilən saysız-hesabsız mətnlərlə qarşılaşa bilərik.
Albert Eynşteyn 1905-ci ildə Nisbilik Nəzəriyyəsini nəşr edərkən elmi ictimaiyyətdə yeni bir səhifə açdı: "Zamanda səyahət etmək mümkündürmü?" kimi bir çox sual doğurdu.
Tarixin ən çox satılan kitablarından birinin müəllifi Erik fon Danikenin fikrincə, hətta Bibliyada zamanda səyahətə dair dəlillər var:
İncildə Yeremya peyğəmbər dostları ilə oturmuşdu və orada gənc bir oğlan var idi. Onun adı Avimelek idi.
Yeremya Abimelekə dedi: "Yerusəlimdən çıx, orada bir təpə var və o təpədən bizim üçün əncir yığ".
Oğlan bayıra çıxıb təzə əncir yığdı. Birdən havada bir səs eşitdi və havada küləyin əsdiyini hiss edəndə huşunu itirdi.
Bir müddət sonra yenidən oyanır və görür ki, axşama az qalıb.
Geri qayıdanda şəhər qəribə əsgərlərlə dolur və təəccüblənir:
"Burada nə baş verir, Yeremya və digərləri haradadır?" Bir qoca cavab verir: "Bu, 62 il əvvəl idi".
Eramızdan əvvəl səkkizinci əsrdə yazılmış Mahabharataya baxsaq, Kral Raivata yaradıcı Allah Brahma ilə görüşmək üçün səmaya səyahət edir, lakin yer üzündə yüz illər keçdiyini görmək üçün geri qayıdır.
Yaponiyada Urashima Taro əfsanəsi ilə oxşar vəziyyətlə qarşılaşırıq. Cəmi üç gün ərzində dənizlərin tanrısı Ryajini ziyarət edən bir balıqçının hekayəsindən bəhs edir. O, balıqçı şəhərciyinə qayıdanda 300 il keçmişdi və şəhər tanınmaz hala düşmüşdü.
Bu və buna bənzər tarixi mətnləri çoxaltmaq mümkündür.
Kim bilir? Bəlkə də bütün bu "miflər" böyük mütəfəkkirləri zamanda səyahətə aparan yol tapmağa ruhlandıracaq.
İndi gələk yaxın gələcəyimizə...
Bu yaxınlarda Avstraliyanın Kvinslend Universitetindən bir qrup alim zamanda səyahət edən fotonların necə davranacağını araşdırdılar. Tədqiqatçılar keçmişə səyahət edən fotonları simulyasiya etdilər.
Alimlər kvant hissəciklərinin davranışını öyrəndikdən sonra bugünkü fizikanın mümkün anormal aspektlərini üzə çıxarıblar.
Bununla belə, Nikola Teslanın zamanda səyahətlə bağlı işi müasir elm zamanda səyahəti mümkün görməzdən əvvəl başlayır.
Məlumatlara görə, 1895-ci ildə Tesla zamanın və məkanın maqnit sahələrinin təsirinə məruz qala biləcəyini göstərən şokedici bir kəşf etdi. Tesla güclü maqnit sahəsi effektlərindən istifadə edərək zaman və məkanın davamlılığını poza biləcəyini düşünürdü.
Əsas məqsədi donanma gəmilərini radarda görünməz hala gətirmək olan təcrübə, Tesla faktoru ilə çox fərqli nəticələr verdi və gəmi heyəti müəyyən müddət ərzində gözdən itdi, zamanda səyahət etdi. Uzun müddət gizli saxlanılan Filadelfiya təcrübəsi həmin gün gəmidə olan bəzi sağ qalanların ifadələri ilə üzə çıxsa da, səlahiyyətlilər hadisənin xəyali olduğunu deyərək məsələni qapatdı.
Teslanın köməkçisi onun zamanda səyahətlə bağlı işinin varlığını və bunu qismən dərk etmiş ola biləcəyini izah edir:
"Tesla süni şəkildə istehsal edilən maqnit dalğalarına məruz qaldı və bu arada o, həm keçmişi, həm gələcəyi, həm də indini görə biləcəyi tamamilə fərqli bir məkan-zaman pəncərəsində tapdı. Onun məruz qaldığı maqnit effekti onu az qala öldürəcəkdi və mən bunun qarşısını aldım. Ona görə də mənə hirsləndi. Teslanın ölümündən sonra hər kəsin maraqlandığı qeydlər FTB tərəfindən bir gecədə toplanaraq yoxa çıxdı. Buna görə də, təəssüf ki, bu məqalədə yazılanları dəqiq təsdiqləyən heç bir sənəd yoxdur. Qeyd olunan vəziyyətlər yaxın insanların yaşadıqları və ifadə etdikləri ifadələrdir.
Tesla tariximizin ən böyük alimlərindən biridir və ölümü ilə bir çox sirləri geridə qoyub. Tesla bu gün istifadə etdiyimiz bir çox texnologiyanın memarıdır, lakin təəssüf ki, onun adı ondan çox az qazananlar qədər belə çəkilmir. Bunun səbəbi Teslanın Edison və başqaları kimi siyasi mütəfəkkir olmaması, özünü yalnız elmə həsr etməsidir".
Xəyal Abdullayev
Milli.Az