"Qarabağ"ın oyunlarının yeri dəyişdirildi

24 Dekabr 2024 19:52

"Qarabağ"ın "Şamaxı" ilə Azərbaycan Premyer Liqasında keçirəcəyi oyunların yeri dəyişdirilib.

Milli.Az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti açıqlayıb.

Bu yerdəyişmə "Qarabağ"ın müraciəti, "Şamaxı"nın razılığı və PFL-in qərarı ilə gerçəkləşib. Ağdam klubunun UEFA Avropa Liqasının Liqa mərhələsindəki vacib qarşılaşmaya daha yaxşı hazırlaşması məqsədilə 3-cü dövrənin "Şamaxı" - "Qarabağ" oyunu ilə 4-cü dövrənin "Qarabağ" - "Şamaxı" oyunlarının yeri dəyişdirilib.

Klubların əvəzedici heyətlərinin təqvim oyunları ilə bağlı dəyişiklik yoxdur.

Qeyd edək ki, komandalar arasında hər iki oyun 2025-ci ildə baş tutacaq.

Milli.Az