ABŞ Aviasiya Departamenti texniki nasazlıq səbəbindən ölkə üzrə bütün uçuşları dayandırıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, rəsmi açıqlamalara görə, hazırda uçuşlarda yaranan texniki problemlər hələ də aradan qaldırılmayıb.
Aviasiya Departamenti komandalarının problemi mümkün qədər tez həll etmək üçün çalışdığını bildirsə də, təmirin nə zaman tamamlanacağına dair konkret bir vaxt verilməyib.
Sərnişinləri onlayn şəkildə sakitləşdirməyə çalışan Aviasiya Departamenti bildirib: "Bizim komandamız hazırda təmiri başa çatdırmaq üçün çalışır. Təxmini vaxt verilməyib, lakin onlar bunu mümkün qədər tez aradan qaldırmaq üçün çalışırlar" .
Fidan
Milli.Az