Tortdan zəhərlənən tələbələr DANIŞDI - YENİLƏNİB - VİDEO

25 Dekabr 2024 09:26

Azərbaycanda tələbələr arasında kütləvi zəhərlənmə baş verdi, 8 nəfər xəstəxanaya yerləşdirildi.

Tovuz rayonu Peşə Təhsili Mərkəzində baş verən hadisənin təfərrüatlarını həmin tələbələr özləri danışıblar.

Tovuz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, onlara mədə-bağırsaq disfunksiyası diaqnozu qoyulub. Hər bir xəstəyə zəruri tibbi yardım göstərilib.

Qeyd edək ki, Peşə Təhsili Dövlət Agentliyindən verilən məlumatda da  sözügedən tələbələrin tənəffüs zamanı marketdən aldıqları tortdan zəhərləndikləri qeyd olunub.

Onu da qeyd edək ki, hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

--------------

2024.12.24

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24.12.2024-cü il tarixində saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

"8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir", - məlumatda qeyd olunub.

--------

17:17

Tovuzda zəhərlənmə hadisəsi baş verib.

Milli.Az bildirir ki, rayonda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb. Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, onlar tortdan zəhərlənib. /APA

Milli.Az