Bu pendirlər marketlərdən yığışdırılır - Tərkibində ölümcül bakteriya aşkarlanıb

24 Dekabr 2024 16:22

Bəzi pendirlər marketlərdən yığışdırılır.

Milli.Az xəbər verir ki, buna səbəb həmin pendirlərlə ölümcül bakteriyaların aşkarlanmasıdır.

Qida Standartları Agentliyi Şimali İrlandiyada satışa çıxarılan Wicklow Farmhouse markalı bəzi pendir növlərinin tərkibində ölümcül "Listeria monocytogenes" bakteriyasının aşkarlanması səbəbindən bu məhsulların geri çağırıldığını açıqlayıb. Cheddar və brie növlərini əhatə edən bu məhsullar əsasən "Aldi" mağazalarında satılıb.

Mütəxəssislər qeyd edir ki, listeria bakteriyası yaşlılar, uşaqlar və immunitet sistemi zəif olan şəxslər üçün ciddi təhlükə yaradır və hamilələrdə erkən doğuş riskini artırır. Agentlik istehlakçılara pendirləri mağazalara qaytarmağı gigiyenik qaydalara riayət etməyi tövsiyə edib.

İsmayıl
Milli.Az