Hazal Kaya əməliyyat olundu

24 Dekabr 2024 15:59

Türkiyəli aktrisa Hazal Kaya əməliyyat keçirib.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bel yırtığı problemindən əziyyət çəkən aktrisa əməliyyat olunduğunu bildirib. 

Bununla da Hazal 2008-ci ildən əziyyət çəkdiyi problemindən qurtulduğunu deyib.

Xatırladaq ki, Hazal Kaya ilk olaraq adını "Aşk-ı Memnu" serialı ilə məşhurlaşdırmışdı.

Musa
Milli.Az