Diplomunun tanınması üçün müraciət edənlərin nəzərinə - bu halda imtina verilir

24 Dekabr 2024 12:35

"Bugünkü reallığımız göstərir ki, hər ay ümumi müraciətlərin təqribən 20-25%-i imtina ilə nəticələnir".

Milli.Az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində deyib. 

O bildirib ki,  İmtinaya səbəb olan ən əsas amillərdən biri şəxsin təhsil alınan ölkədə fiziki mövcudluğunun kifayət qədər olmamasıdır:

"Müraciəti araşdırdıqda görmək olar ki, əyani təhsil alan şəxs həmin ölkədə cəmi 10-15 gün və ya bir ay olub. Əyani təhsil formasında səhiyyə və tibb üzrə təhsilalanların tədris ili ərzində fiziki iştirakı 8 ay, digər ixtisaslar üzrə isə hər tədris ilinə münasibətdə ən azı 4 ay tələb olunur. Bununla yanaşı, ərizəçi ümumi tədris müddətinin azı 2/3-də təhsil aldığı müəssisədə olmalıdır. Bunun təmin olunmaması məzmunun yetərli mənimsənilmədiyinə və təhsilin keyfiyyətinin qənaətbəxş səviyyədə olmamasına işarə edir".

Milli.Az