Abşeronda “Toyota” yandı

24 Dekabr 2024 12:06

Abşeron rayonunda yanğın olub.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, "Toyota" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az