Sevgilisi ilə araq içən 16 yaşlı qız öldü

24 Dekabr 2024 12:00

Sankt-Peterburqda 16 yaşlı qız sevgilisi ilə birlikdə araq içdikdən sonra dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, hadisə ilə bağlı məlumatı REN TV telekanalı yayıb.

Məlumata görə, cütlük 22 dekabr axşamı spirtli içki içib. Qız özünü pis hiss edərək yatmağa gedib.

"O, 25 yaşlı gənc ilə birgə yaşayırdı. Növbəti gün o, qızın nəfəs almadığını görüb və təcili yardımı çağırıb", - deyə mənbə bildirib.

Bildirilib ki, qız valideynləri ilə əlaqə saxlamırmış.

Hadisə ilə bağlı "Ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl
Milli.Az