IFFHS (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) 2024-cü ilin ən yaxşı milli komanda baş məşqçisini seçib.
Milli.Az xəbər verir ki, siyahıya görə, birinci yerdə İspaniya millisinin baş məşqçisi Luis de la Fuente qərarlaşıb.
Argentina millisinin çalışdırıcısı Lionel Skaloni ikinci, Fransanın baş məşqçisi Didye Deşam isə üçüncü yerdədir. Türkiyə milli komandasının baş məşqçisi Vinçenzo Montella isə 8-ci sırada olub.
Ən yaxşı 10 məşqçi:
1. Luis de la Fuente (İspaniya) - 274 xal
2. Lionel Skaloni (Argentina) - 148
3. Didye Deşam (Fransa) - 35
4. Qaret Sautqeyt (İngiltərənin sabiq baş məşqçisi) - 26
5. Emerse Fae (Fildişi Sahili) - 18
6. Yulian Naqelsmann (Almaniya) - 17
7. Nestor Lorenzo (Kolumbiya) - 14
8. Vinçenzo Montella (Türkiyə) - 8
9. Villi Sanol (Gürcüstan) - 6
10. Marselo Bielsa (Uruqvay) - 5
Asya
Milli.Az