Koronavirusa qarşı yeni vasitə kəşf edildi

24 Dekabr 2024 14:25

Rusiyanın Milli Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin alimləri, SARS-CoV-2 koronavirusunun bütün mövcud variantlarını tanıyan universal anticisim kəşf ediblər.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, mərkəzin direktor müavini Denis Logunovun sözlərinə görə, bu anticismin klinik sınaqları yaxın vaxtlarda başlanacaq.

O, həmçinin əlavə edib ki, mərkəzin alimləri peyvənd platformaları və adenovirus, adenoassosial vektorlar kimi texnologiyalar üzərində də çalışırlar.

Milli.Az