"Sihirli Annem"in aktrisaları illər sonra bir arada - FOTO

24 Dekabr 2024 11:22

Kanal D-də yayımlanan və izlənmə rekordları qıran "Sihirli annem" serialının sevilen baş rolları illər sonra görüşüb.

Milli.Az Türk mediasına istinadən xəbər verir ki, rolları canlandıran İnci Türkay, Zeynep Özkaya və Gizem Güven uzun illərdən sonra Londonda bir araya gəlib.

Serialın unudulmaz personajları Betüş, Ceren və Çilek illər sonra eyni kadrda görüntülənərək pozalar veriblər. Zeynep Özkaya görüşdən fotoları sosial media hesabında paylaşaraq "Sehrli anamız, səni çox sevirik!" yazıb.

Qeyd edək ki, serial 2003-cü ildə yayıma başlamış və o dövrdə böyük izləyici kütləsi toplamışdı. 

Fidan
Milli.Az