Şəki-Qax yolunda qəza - xəsarət alanlar var

24 Dekabr 2024 10:18

Şəki-Qax avtomobil yolunda qəza baş verib.

Milli.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınlıb.

Şəki rayonunun İnçə kəndi ərazisində "Mitsubishi" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan 2 nəfər -1991-ci il təvəllüdlü Kamran Məmmədov və 1986-cı il təvəllüdlü Röyal Həmidov xəsarət alıb.

Milli.Az