Trampdan yeni təyinat: Milyarderi nazir müavini təyin edəcək?

24 Dekabr 2024 10:34

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp milyarder investor Stiven Feynberqi müdafiə nazirinin müavini vəzifəsinə namizəd göstərəcəyini açıqlayıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Stiven Feynberq Trampın 2017-2021-ci illərdəki prezidentliyi dövründə kəşfiyyat üzrə məsləhət şurasında fəaliyyət göstərib.

Hazırda Feynberq müdafiə sahəsinə sərmayə yatıran özəl investisiya şirkəti "Cerberus Capital Management LP"nin baş direktoru (CEO) vəzifəsini icra edir.

Fidan
Milli.Az