Haluk Levent xəstəxanaya yerləşdirildi

24 Dekabr 2024 07:21

Məşhur türkiyəli müğənni Haluk Levent sinəsində şiddətli ağrılar səbəbilə xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki,Haluk Leventin sağlamlıq vəziyyətinin sabah ediləcək anjiyo prosedurundan sonra bəlli olacağı bildirilib.

DHA-nın verdiyi məlumata görə, 56 yaşlı sənətçinin ehtiyat tədbiri olaraq xəstəxanada müşahidə altında saxlanıldığı qeyd edilir.

Levent, daha əvvəl X hesabından paylaşaraq qan şəkəri ilə bağlı sağlamlıq problemləri yaşadığını, həkimlərin sosial mediadan uzaq durmağı tövsiyə etdiklərini və hesabını qurucusu olduğu AHBAP platformasına təhvil verdiyini bildirmişdi.

Lalə Qüdrətova
Milli.Az