“Böyük səhv eləmişəm” - Paşinyan

24 Dekabr 2024 07:16

"1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqlar prosesi yalnız Qarabağın Azərbaycanın tərkibinə qaytarılması haqqında olub və danışıqlar prosesində başqa heç bir məzmun olmayıb".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

"Ermənistanda danışıqlar prosesinin digər məzmunu ilə bağlı diskussiyalar sırf daxili siyasi problemlərin həlli üçün irəli sürülüb. Bu kontekstdə mən çox böyük səhv etdim. 2018-ci ildə danışıqların məzmunu ilə tanış olduqdan sonra yuxarıda qeyd edilənlərlə bağlı xalqa açıqlama vermədim", - deyə Paşinyan bildirib.

Milli.Az