Yeni il günü restoranların 1 nəfər üçün depozit tələbi nə olacaq? - VİDEO

24 Dekabr 2024 07:28

Bir sıra restoranlarda Yeni il günü üçün 1 nəfərdən minimum 100 manat depozit tələb olunacaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, restoran əməkdaşları bildirirlər ki, depozit şərtinin səbəbi həmin günə restoran tərəfindən xüsusi hazırlıqların edilməsidir.

Bəzi restoranlar isə bu il əksinə, standart menyu ilə işlərinə davam edəcəklər.

Ekspertlərin sözlərnə görə, iaşə obyeklərində qiymət balansının pozulmasına əsas səbəb bugünlərdə tələbatin artmasıdır. Tələb- təkliflə yanaşı, xidmət səviyyəsinin də yüksək olacağı təqdirdə qiymət artımı normal qarşılana bilər.

Mütəxəssislərin fikrincə, burada əsas məsələ istehlakçılara şərtlər və qiymətlər barədə əvvəlcədən məlumatın verilməsidir.

Müştəri gəldiyi restoranın qiymət dəyişikliyindən öncədən məlumatlı olmalıdır. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az