ABŞ onu beynəlxalq axtarışa verdi

23 Dekabr 2024 18:08

ABŞ Suriyanın Hərbi Hava Qüvvələrinin Kəşfiyyat İdarəsinin sabiq rəisini beynəlxalq axtarış verib.

Milli.Az xəbər verir ki, bu barədə "İnterpol"un saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Bəşər Əsədin müşaviri vəzifəsində çalışmış 1952-ci il təvəllüdlü Jamil Hassan müharibə cinayətlərində ittiham olunub.

ABŞ məhkəmələri tərəfindən Jamil Hassan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Tutularaq ABŞ-a təhvil verilməsi ilə bağlı "İnterpol"a müraciət olunub.

Qeyd edək ki, 2024-cü il dekabrın 9-da Suriyada Əsəd rejiminin devrilməsindən sonra ABŞ Ədliyyə Departamenti Jamil Hassanı "Amerikalılara və digər mülki şəxslərə qarşı müharibə cinayətləri törətməkdə" ittiham edib. /Report

Milli.Az