Qalib olarsa yeddinci dəfə prezident olacaq

23 Dekabr 2024 22:12

Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

O qalib gələrsə, yeddinci dəfə ölkəyə rəhbərlik etmiş olacaq.

2025-ci il yanvarın 26-sı baş tutacaq seçkilərdə prezidentlik postu uğrunda 9 nəfər mübarizə aparacaq.

Qeyd edək ki, Belarusda dövlət başçısı 5 il müddətinə seçilir. Respublikada sonuncu prezident seçkiləri 2020-ci il avqustun 9-da keçirilib. Bu zaman hazırkı Prezident Aleksandr Lukaşenko 80,1 faiz səslə qalib gəlib. 

Milli.Az