2200 illik bir qutuda "Yusifin oğlu Yaqub, İsanın qardaşı" yazısı tapılıb.
Milli.Az xəbər verir ki, qutuda İsanın çarmıxa çəkilməsindən sonra Yerusəlimdəki ilk xristian lideri olan Yaqubun sümüklərinin olduğu düşünülür. Əgər bu qutunun həqiqiliyi sübut olunarsa, bu, İsanın varlığının ən qədim fiziki sübutu ola bilər.
Əhəng daşından hazırlanmış qutunun tarixi əhəmiyyəti böyük olsa da, həqiqiliyinə dair mübahisələr davam edir. 2002-ci ildə qutunun sahibi Oded Qolan qutunun üzərindəki yazını sonradan əlavə etməkdə ittiham olunsa da, on illik məhkəmə prosesindən sonra bəraət qazanıb.
Tarixi kontekstdə həmin dövrdə yəhudilər ölülərini əvvəlcə mağaralarda basdırır, daha sonra sümüklərini xüsusi qutulara yerləşdirirdilər. Bu qutunun gerçək olduğu sübut edilərsə, o, xristianlıq tarixində mühüm rol oynayacaq.
Əlavə olaraq, 2015-ci ildə aparılan kimyəvi analizlər, qutunun Talpiot məzarı ilə əlaqəli olabiləcəyini göstərib. Həmin məzarda İsanın ailə üzvlərinə aid digər oxşar qutular tapılıb.
Yaqubun ölümünə dair fərqli məlumatlar mövcuddur: bəzi mənbələr onun 62-ci ildə daşqalaq edildiyini, digərləri isə 69-cu ildə məbəddən atıldığını bildirir.
Fidan
Milli.Az