"Fənərbağça" Braziliya "Braqantino"suna icarə verdiyi futbolçusunu geri qaytarır.
Milli.Az Fanatik-ə istinadən xəbər verir ki, Linkolnun geri dönəcəyi açıqlanıb. 26 yaşlı futbolçu 6 yanvarda sarı-lacivərdlilərə qoşulacaq.
"Fənrə"ə daim bağlılığını nümayiş etdirən oyunçu komandaya qayıtdıqdan sonra burada qalıcı olmaq istəyir. Portuqaliyalı baş məşqçisi Joze Mourinyo futbolçunu yaxından izləyərək onun komandada qalıb-qalmayacağına qərar verəcək.
Bildirək ki, "Braqantino" ilə 49 matça çıxan Linkoln bu oyunlarda 2,635 dəqiqə meydanda olub. O, 5 qol və 4 asistlə yadda qalıb.
Qeyd edək ki, 2022-ci ilin yayında 3.5 milyon avroya Portuqaliyanın "Santa Klara" klubundan transfer edilən futbolçu "Fənərbağça"da 36 matçda çıxış edib. Bu oyunlarda 3 qol atıb və 9 asist edib. Onun klubu ilə müqaviləsi isə 2026-cı ilə qədərdir.
Tural
Milli.Az