Yeni il sevinciniz təhlükəyə çevrilməsin! Hədiyyələr sevindirsin, aldadıcı kampaniyalar yox!
Milli.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qarşıdan gələn yeni il ilə əlaqədar kibertəhlükəsizliyinizə daha həssas yanaşmağı, məlumatları rəsmi mənbələrdən əldə etməyi tövsiyə edirik.
Özümüzü kibertəhlükələrdən necə qoruyaq?
1) Şübhəli keçidlərə daxil olmayın!
2) Kart məlumatlarınızı tanımadığınız şəxslərlə bölüşməyin!
3) Onlayn alış-verişlərinizi etibarlı platformalardan edin!
4) Məlumatları rəsmi mənbələrdən dəqiqləşdirin!
İlqar Şabanov
Milli.Az